Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək

  • SpaceTV
  • 1 Dekabr 2020 16:02

Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Bu barədə Spacetv.az-a Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun