Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır

  • Space TV
  • 7 Sentyabr 2020 17:15

Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən  9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.

Bu barədə Spacetv.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Paylaş

 Xəbəriniz olsun