Özündən böyük sevgilisini bıçaqlayanın məhkəməsi baş tutub

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:12

Space TV məlumat verir ki, Bakıda birlikdə yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Rəşad Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Rahib Salmanovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Firəngiz Abdullayeva onunla eyni evdə yaşayan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Rəşad.Mirzəyev Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham olunur.

Paylaş

 Xəbəriniz olsun