ÖZÜMÜZÜ NECƏ QORUYAQ ? – VİDEO

  • SpaceTV
  • 7 İyul 2020 12:11

Koronavirusla ən yaxşı mübarizə bu xəstəlityə  yoluxmamaqdır.  Bunun üçün isə özümüzü qorumalıyıq. Sual yaranır. Özümüzü nücə qoruyaq ? Bu xəstəlik bizim immun sistemimizlə COVİD-19 adlanan virusun mübarizəsində formalaşır. İmmunitetimiz güc gəlirsə, immun sistemimiz qalib gəlirsə  xəstələnmirik və ya xəstəliyi əlamətsiz, çox yüngül formada keçiririk. Bəzən heç xəbərimiz də olmur. Yox əgər, virus immunitetə qalib gəlirsə xəstəlik inkişaf edir. Bunun üçün orqanizmimizə dəstək olmalıyıq. Dəstək dedikdə qidalanma, istirahət, vitaminlər, nəzərdə tutulur.

İmmunitetimiz güclü olarsa o bədənə daxil olan virusları məhv edir. Bəs immunitetimizi necə gücləndirə bilərik ? Ekspertlər bildirir ki diqqət edilməli ən vacib məqamlardan biri  normal yatmaqdır. Çünki  2-3 gün az yatmaq immun sistemini zəiflətməyə bəs edir ki, bu da elə ilk kontaktdan virusa yoluxdura bilər. Buna görə də gün ərzində ən azı 7-8 saat normal yatmaq mütləqdir. Bol vitamin, mineral. Meyvə – tərəvəz, bal, zəncəfil, limon. Bol su içmək. Amma…

Virusun xəstəlik yarada bilməsi üçün onun orqanizmə düşən sayının müəyyən həddi aşması lazımdır. Orqanizmə davamlı olaraq və çox miqdarda virus düşdükdə, üstəgəl immunitet zəif olduqda viruslar bizim immun hüceyrələrini üstələyir və sonra hüceyrələrə daxil olaraq onun içində çoxalır və beləliklə orqanizmi xəstələndirir.

Professor Abidin Rəhimov həmçinin bildirdi ki ,

Yayda bir çox insan kondisoneri davamlı olaraq işlədir Bu isə qətiyyən yolverilməzdir.  Çünki  soyuqdəymə  təsadüfən orqanizmə daxil olmuş virusu aktivləşdirir. Yəni soyuqdəymə olmasa,  bəlkə də insan bədənində koronavirusun olduğunu hiss etməyəcək və xəstəliyi yüngül keçiriəcək. amma soyuq hava, soyuq maye və ya qidalar, virusun inkişafına şərait yaradır.

Qoyulan bütün tələblərə tam ciddi şəkildə əməl etməliyik.  Bundan əlavə hər kəs özünün həkimi olsa və sadaladığımız yollarla özümüzü qorusaq virusla mübarizədən qalib ayrıla bilərik.

Orxan Şükür space tv

Paylaş

 Xəbəriniz olsun