Özbəkistan portalında Göygöl haqqında məqalə və fotoreportaj yer alıb

  • SpaceTV
  • 15 Avqust 2019 13:23

Özbəkistanın qalampir.uz portalında “Göygölə səyahət” sərlövhəli məqalə və fotoreportaj yer alıb.

Space.TV Azərtaca istinadən xəbər verir ki, materialda Azərbaycanın səfalı guşələrindən olan Göygölün tarixi və istirahət məkanları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1139-cu ildə Gəncə ərazisində baş verən güclü zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə Göygöl yaranıb.

Məqalədə deyilir ki, Göygöl ərazisində ümumilikdə 19 göl var, bunlardan 7-si böyük göllər sırasına daxildir. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir, uzunluğu 2800 metrdir, eni 800 metrdən 1000 metrə qədərdir.

Materialda Göygölün flora və faunası haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılan ilk qoruqdur.

Paylaş

 Xəbəriniz olsun