Ovçular 350 kiloqram ağırlığında timsah tutdular

  • Space TV
  • 2 Sentyabr 2020 10:05

Avstraliyada ovçular istirahət zonasında 350 kiloqram ağırlığında timsah tutublar.

Spacetv.az xəbər verir ki, bu barədə “Star Tribune” nəşri məlumat yayıb.

4,4 metr uzunluğunda olan timsah Avstraliyanın şimalında yerləşən Flora çayının yaxınlığında aşkar edilib.

Qeyd olunur ki, Avstraliya qitəsinin şimalında timsahların sayında artım müşahidə olunur.

Aşkar edilən timsah 1970-ci ildən qorunan növlərin siyahısına salınıb.

Paylaş

 Xəbəriniz olsun