Ov mövsümünə start verilir – VİDEO

  • Space TV
  • 1 Sentyabr 2020 12:35

Bu gündən etibarən ov mövsümü açıq elan edilib. Space TV-nin xəbərinə görə, ovçuluq fəaliyyətinə  yalnız  qanunla  nəzərdə  tutulan ov sahələri və ovçuluq təsərrüfatlarında icazə veriləcək.

Pandemiya şəraitində ov fəaliyyətinin təşkilində ciddi qadağalar və məhdudiyyətlər yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, qrup halında ova çıxan şəxslər ilk növbədə məsafəni gözləməlidir.

Hikmət Əlizadə xüsusilə vurğulayıb ki, ov heyvanları və ov quşlarından qida üçün istifadə etdikdə onlar  daha çox bişirilməlidir.

Qeyd edək ki, ov mövsümüsentyabrın 1-dən başlayır, vəhşi heyvan və quşların xüsusiyyətlərinə görə müddətlər dəyişkəndir. İcazələrin müddəti 2021-ci ilin fevralın 28-dək  davam  edəcək. 

Paylaş

 Xəbəriniz olsun