Ov günlərinin sayı artırıldı

  • SpaceTV
  • 6 Noyabr 2019 16:45

Ov günlərinin sayının artırılması ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın  iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə  bildirdi ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədilə ov günləri həftənin şənbə və bazar günləri kimi müəyyən edilib.

Qeyd edək ki,  qanunvericiliyə uyğun olaraq cəbhəyanı bölgələr, Xəzər dənizinin adaları, yaşıl zonalar, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələr, dövlət təbiət qoruğu və milli parkların 3 kilometrliyinə qədər, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağan olunur.

LALƏ ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun