Otla dolu maşın yanıb -FOTO

  • SpaceTV
  • 19 Avqust 2019 15:46

Göygöl rayonu ərazisində hərəkətdə olan ot ilə dolu yük maşını qəfildən alovlanıb. Hadisə yerinə təcili çatan yanğınsöndürənlərin səyi nəticəsində maşında partlayış baş verməyib.

Space.TV-nin bölgə müxbiri məlumat verir ki, naməlum səbəblərdən, Bakı-Qazax yolunun 360 km-də, Göygöl rayonunundan keçən hissəsində otla dolu yük maşını yanıb. Maşın hərəkətdə olarkən mühərlikdə problem yaranıb və qəfildən yanğın başlayıb.

Yük maşının sürücüsü 1988-ci il təvəllüdlü  Həşimov Vüsal Həsən oğlu alışmanın anindən baş verdiyini deyib. Hadisə yerinə dərhal Göygöy rayon Yanğından Mühafizə Bölməsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin təcili müdaxiləsi nəticəsində  alovun maşının yanacaq çəninə keçməsinin qarşısı alınıb. 

Bununla belə, maşının idarəetmə kabinəsi də daxil olmaqla xeyli hissəsi yanıb.

Hadisənin təfərrüatları aradırılır.

Paylaş

 Xəbəriniz olsun