Ötən il təkcə cənub bölgəsindən xaricə 2 min tona yaxın çiyələk ixrac olunub.

  • SpaceTV
  • 13 Yanvar 2020 18:14

Yeni çiyələk sortları İspaniya və ABŞ-dan gətiriib.Qış fəsli olmasına baxmayaraq artıq kollardan ilk nübarlıq məhsul  yığılaraq daxili bazarlarda satışa çıxarılıb.Lakin kütləvi dərimə  aprel  ayından başlanacaq.İxrac məqsədi ilə əkilmiş bu sahələrdəki məhsulların əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Qətər, və Səudiyyə Ərəbistanına ixracı planlaşdırılır.Ötən il yerli fermerlərlə  aparılmış danışıqlara görə əcnəbi məhsul idxalçılarının  yaxın günlərdə bölgəyə səfəri gözlənir.

Ötən mövsüm Cəlilabaddan xaircə 1770 tona yaxın çiyələk ixrac olunub.USAİD təşkilatının məlumatına görə bununla ölkəmizin adı ilk dəfə olraq dünyada çiyələk ixracatçıları siyahisinə  düşərək 30-cu yerdə qərarlaşıb. İxracın çoxalmasına şərait yaradan əsas amilləridən biri isə rayonda son illərdə ardıcıl olaraq yeni ” sürətli soyutma” anbarlarının tikilərək istifadəyə verliməsidir.Buna müvafiq olraq ilbəil əkin sahələri də genişlənir.

Hələ ki , Cəlilabadda çiyələyin qısa müddət ərzində ixrac edilməsi üçün 4″Sürətli soyutma” anbarları mövcuddur.Lakin dünya tərcürbəsində məhsulun ilboyu satışını təmin etmək üçün Dondurucu anbarlardan da geniş istifadə edilir.Yerli fermerlər istehsalın ilbəil sürətlə artması fonunda bu tip  texlogiyalar vastəsi ilə də çiyələyin satışının həyata keçirilmsəinin artıq zəruri olduğunu bildirilər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun