Ötən il Azərbaycanda 320 piyada yol qəzasında ölüb

  • Space TV
  • 25 Yanvar 2021 12:00

Ötən il Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol qəzaların sayı açıqlanıb.

Bu barədə Spacetv.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisələrin növləri içərisində piyadanı vurmaq (664 – 41,8%) və toqquşma (529 – 33%) yenə də üstünlük təşkil edir.

Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadınlar, 35-i isə uşaq və yeniyetmə olub.

Paylaş

 Xəbəriniz olsun