Ötən il 42 min tona yaxın “ağ qızıl” istehsal edən Saatlı pambıqçıları bu il daha çox məhsul yetişdirmək niyyətindədir

  • SpaceTV
  • 17 Yanvar 2020 16:17

Mütəxəssislərin fikrincə, bol məhsulun təməli şumdan başlanır. Şum vaxtında və keyfiyyətlə aparılarsa, eləcə də digər aqrotexniki qaydalara riayət olunarsa gələcəkdə bol məhsul götürmək mümkündür. Bunu nəzərə alan Saatlı pambıqçıları birinci şümun qaldırılmasına xüsusi önəm veriblər.

Pambığın əkilib-becərilməsində, məhsulun yığılmasında və digər işlərin görülməsində dövlətin diqqət və qayğısı fermerlərin bu sahəyə marağını daha da artırıb. Həmçinin ilbəil əkin sahələrini genişləndirməklə, daha çox pambıq əkib, yaxşı gəlir əldə etmək həvəsini yaradıb.

Artıq ötən il torpaq mülkiyyətçiləri ilə bağlanılnan müqavilənin yenilənməsi işləri də demək olar ki, başa çatıb. Müqaviləsi yenilənən fermerlərin əkin sahələrində isə şumlanma tamamlanıb. Qeyd edək ki, ötən il 42 min tona yaxın məhsul istehsal edən rayon pambıqçıları tərəfindən bul il 14 min hektara yaxın sahədə pabmıq əkilməsi nəzərdə tutulub. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun