Ötən həftə paytaxtın Nizami rayonunda 55 yaşlı müəllim qəfil dünyasını dəyişib.

  • Space TV
  • 6 Fevral 2020 12:33

Ötən həftə paytaxtın Nizami rayonunda 55 yaşlı müəllim qəfil dünyasını dəyişib. Nizami rayonunda  fəaliyyət göstərən 249 nömrəli məktəbdə 15 ildən artıq təsviri incəsənət müəllimi kişi çalışan Sərfi Namazovanın qripdən dünyasını dəyişdiyi iddia edilir.

Müəllimənin həqiqətənmi qrip virusundan  dünyasını dəyişdiyini öyrənmək üçün yollandıq sözügedən təhsil ocağına.Məktəbin giriş qapısında bizi qarşılayan müəllimlər iş yoldaşlarının məktəbdə deyil yaşadığı mənzildə vəfat etdiyini  bildirdilər.Müəllimənin qrip yoxsa digər xəstəlikdən dünyasını dəyişdiyini soruşduqda isə  aldığımız cavab belə oldu.

Məktəb rəhbərliyindən  müəllimin ölümü ilə bağlı açıqlama ala bilməsəkdə, müəllimin hər hansı xəstəlikdən əziyyət çəkib-çəkmədiyini soruşduq.

Vəfat edən  Sərfi müəllimənin şagirdləri isəmüəllimlərinin son bir neçə gün ərzində xəstə vəziyyətdə məktəbə gəlib getdiyini bildirdilər.

Övladları 249 nömrəli məktəbdə oxuyan valideynlər isə müəllimin ölüm xəbərini eşitdikdən sonra narahatlıq keçirtdiklərini dedilər.

249 nömrəli məktəbin müəlliminin vəfat etməsi ilə bağlı TƏBİB-dən şifahi olaraq bildirdi ki, paytaxt xəstəxanalarından  Sərfi Namazovanın qripdən dünyasını dəyişməsi ilə bağlı agentliyə  heç bir məlumat daxil olmayıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun