Ötən ay sərhəddə 50 kq narkotik tutulub

  • Space TV
  • 4 Fevral 2020 11:20

Son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miq­darda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, təq­sir­kar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması tə­min edilib.

DSX-dan SPACE TV-a verilən məlumata görə, bu nəticələr dövlət sərhədinin fiziki və texniki yolla mühafizəsinin tək­mil­­ləşdirilməsi, bilavasitə dövlət sərhəd xəttində müasir müşahidə və aş­karetmə avadanlıqlarının tətbiqi, əməliyyat-axtarış fəa­liy­­­yə­tinin genişlən­diril­­­məsi, İran İs­lam Respublikasının sərhəd qoşunları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sayəsində əldə olunub.

Dövlət sərhə­di­nin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axta­rış və qoşun tədbirləri nəticəsində bu ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə əra­zisinə gətiril­məsinin qarşısı alınıb, 4 nəfər Azər­bay­can Respublikasının və 2 nəfər İran İslam Res­pub­likasının vətən­da­şı saxlanı­laraq cinayət məsuliy­yətinə cəlb olun­ub­lar.

Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 hal­da ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb:

Yanvarın 26-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmiş­li rayonunun Bəhrəm­təpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xid­­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublika­sına doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçıb. Hə­min ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəti­cədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kq 900 qram narkotik va­sitə aşkar olu­naraq götürül­üb.

Fevralın 1-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kən­di yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahə­sində İran İslam Res­pub­likasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər namə­lum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozu­cu­larına qarşı silah­dan havaya xəbərdarlıq məqsədilə atəş açılıb və sər­həd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıblar. Sax­lanılan şəxslərin İran İslam Respublikasının vətən­daşları 1980-ci il təvəl­lüdlü Rza Zend Xanhüseyn və 1986-cı il təvəllüdlü Muradi Talıb Bay­ram olması müəyyən­ləş­dirilib. Sərhəd pozucu­la­rının üzərinə baxış za­manı ümu­mi çəkisi 9 kq 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülüb.

Fevralın 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cə­li­labad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respub­likasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ata­raq geri qaçıblar. Ərazidə axtarış təd­birləri keçi­rilib, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kq 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürülüb.

Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılmış, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun