“Oskar” mükafatına namizədlər üçün yeni tələblər açıqlanıb

  • Space TV
  • 9 Sentyabr 2020 10:44

Amerika Kino Akademiyası “Oskar” mükafatının “ən yaxşı film” nominasiyasına uyğun gəlmək üçün inklüzivlik meyarlarının siyahısını təqdim edib.

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı akademiya yayıb.

2024-cü ildən başlayaraq filmlərin aparıcı aktyoru və ya arxa planın önəmli aktyoru az təmsil olunan irqi və ya etnik qrupdan olmalıdır.

Bundan başqa ikinci dərəcəli rollarda azı 30%-ni LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual), irqi və ya etnik qrup nümayəndələri, qadınlar və ya fiziki məhdudiyyətli insanlar olmalıdır.

Filmin yaradıcıları onlara bütün süjet xəttini də həsr edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun