Orta məktəblərdə mobil telefonların qadağan edilməsi təklif edilir

  • SpaceTV
  • 1 Oktyabr 2019 17:06

Orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir.

SPACE TV xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov çıxış edib.

O qeyd edib ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur.

A.Badamov təklif edib ki, “Təhsil haqqında qanuna” telefonların sinif otağına girişini qadağan edən bir maddə əlavə edilsin.

Paylaş

 Xəbəriniz olsun