Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib – RƏSMİ

  • Space TV
  • 16 İyul 2020 15:06

“Biz hər bir halda vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini bu sahədə izah etmişik, çatdırmışıq ki, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağırılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər”.

space tv-ın məlumatına görə, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hələ də bir çox şəxslər qeydiyyata alınmamaqla bağlı fikirlər bildirirlər.

“Bu, hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Onların təkrar qeydiyyata alınması, sadəcə, qeydiyyata alınmaqdır. Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib.

Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onları rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik”.

Paylaş

 Xəbəriniz olsun