Ördək təsərrufatı

  • SpaceTV
  • 23 Noyabr 2019 13:23

Böyük sərmayə qoymadan qısa bir müddətdə böyük mənfəət gətirən təsərrüfat sahəsi kimi ördəkçilik ən gəlirli və rentabelli təsərrüfat sahəsidi. 20 ilə yaxındır ki, əkin-biçinlə məşqul olan biləsuvarlı  fermer Arif Quliyev də  rayonda ilkə imza ataraq kiçik ördəkçilik təsərrüfatı yaradıb. Rusiyadan Biləsuvara gətirilmiş “ Ağ Moskva” ördəyinin yumurtalarından inkubasiya yolu ilə əldə etdiyi  balalar hazırda sağlam inkişaf mərhələsindədi. Ərazidə yaratdığı yaşıllıq və süni gölməçələr bu işdə onu daha da həvəsləndirib.
 Bu təsərrüfat sahəsi respublikamızda alternativ gəlir mənbəyi kimi çox böyük əhəmiyyətə malikdir.  Ördəyin əti, tükü, ciyəri, yumurtası, hətta peyini də yararlı və faydalıdı. Bundan başqa, yağından da məişətdə geniş istifadə olunur. Quşçuluq sahəsi üzrə 45 illik təcrübəsi olan  Ağabəy Ağayevin sözlərinə görə, ördəyin bu cinsi ölkəmizə 1956-cı ildə gətirilib. 

Yaxşı immunitetə  malik  bu cinsin yem tələbatı-35-40 faiz dən yemləri, 40 faiz uyüdülmüş dən yemləri,  30 faiz yaşıl yem, 6-7 faizin mineral-heyvani yemlər təşkil edir. Fermerin sözlərinə görə bu cins  ördəkləri bəsləməyin digər bir üstün cəhəti də xəstəliklərə yoluxmaması, soyuğa davamlı olmasıdı. Buna görə də, Arif  gələcəkdə  geniş ördəkçilik təsərrüfatı  yaratmaq niyyətindədi.

 Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun