Orada məni oğlum gözləyir – VİDEO

  • SpaceTV
  • 27 Oktyabr 2020 12:49

Bu gün Qubadlıların sevinci yerə göyə sığmır.Bu qoca ana da sevinclidir bu gün. Dövlət başçımız məni 27 il cavanlaşdırdı deyir. Böyük bir ailənin  ağbirçəyidir, Heyvagül nənə. Sevindirici xəbəri alan bu qoca nənənin bir üzü gülürsə, o birisi ağlayır. Danışır ki, Qubadlıda təkcə xatirələrim, evim-eşiyim yox, həm də balam qalıb.

Space TV xəbər verir ki, Qubadlı erməni vandalalrı tərəfindən işğal olunanda oğlu Əlövsəti də tale ondan birdəfəlik ayırıb.

Bu ayrılıq nə az, nə çox düz 27 il çəkib. Heyvagül nənə danışır ki, indi Qubadlıya gedəcəyi günü o qədər gözləyir ki, hətta bu gecə səhərə qədər sevincindən gözlərinə yuxu da getməyib. Uzun illərdən sonra elə bilirəm ki, o yerlərə ayaq basanda məni oğlum qarşılayacaq. Axı yazıq balam düz 27 ildir ki, sahibsiz qalıb, deyir.

Bəli bir sahibsiz məzar, bəlkə də bir sahibsiz ruh gözləyir o qoca ananın yolunu…Qovuşacaqmı? Bəli… Amma Heyvagül ananın sarsılan ruhu, dinməyən acısı dinəcəkmi, bax bunu bilmirik.

Doğma torpağa qayıdarkən gözəlləri, igidləri Həkəri çayından əyilib su götürüncə bəlkə ürəklərdə yığlılıb qalan  o daş həsrət də əriyəcək. 

Onda erməni əsirliyində qalan ruhlar da rahat olacaq. Təbiət də sevinəcək doğma sahiblərini görüncə. Bulaqlar qaynayacaq, çaylar şırıltıyla axacaq. Əlövsət yenə də o çayların başında bir gözəl gözlü sona görüb bəyəcək. Şəhid Əlövsətdən yadigar qalan balaca Əlövsəti deyirik.O ata yurdunda şəhid babasının 27 ildir ki, sönən işığını yandıracaq.

İndi şəhid Əlövsətin yerini doğmaları üçün balaca Əlövsət əvəz edəcək.

Paylaş

 Xəbəriniz olsun