Oqtay Şirəliyev vaksinasiyadan DANIŞDI

  • SpaceTV
  • 18 Yanvar 2021 12:08

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində koronavirusla mübarizə çərçivəsində Azərbaycan qabaqcıl ölkələr sırasına qatılıb. Bu gün artıq ölkədə vaksinasiya prosesinə başlandı”. 

Spacetv.azın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Səhiyyə naziri Oqtay Şirəliyev deyib. 

O bildirib ki, vaksinasiya ilə bağlı mütəxəssis rəyi öyrənilib və ən yaxşı vaksin bizdə istifadə olunur: 

“Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır. Türkiyədə də bu vaksindən istifadə olunur. Bu vaksin ən təhlükəsiz və effektli hesab olunur. 

Vaksindən istifadə edənlər də xəstələnə bilər. Lakin vaksin sayəsində yüngül keçirəcəklər. Bu vaksinin istifadəsi tam təhlükəsizdir. Bu vaksinlər bir neçə ölkədə sınaqdan keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə bu vaksinin təhlükəsizliyi yoxlanılıb”.

Paylaş

 Xəbəriniz olsun