Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik

  • Space TV
  • 4 Yanvar 2020 10:25

Türkiyədəki “American Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyiş var.

SPACE TV  xəbər verir ki, bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb.

Ə.Zeynallı bu gün O.Gülalıyevi ziyarət etdiyini bildirib: “Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi, dostumuz Oktay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oktaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı – sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oktay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə.

Mən Oktay bəyi ilk dəfədir gördüm və inandım ki, bu möhkəm insan tezliklə aramıza qayıdacaq. 3 videoçəkiliş apardım, sırasıyla yayınlayacam və Oktayın saza verdiyi reaksiya qanınızı donduracaq. Allah böyükdür və inanıram ki, Oktay bəy bu zorluqlardan keçərək aramıza qayıdacaq.

Paylaş

 Xəbəriniz olsun