Oqtay Gülalıyev gözünü açdı

  • Space TV
  • 26 Dekabr 2019 11:13

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır.

SPACE TV  xəbər verir ki, bu barədə mediaya hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva məlumat verib.

Firuzə Gülalıyeva “Turan”a bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

Qeyd edək ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

Paylaş

 Xəbəriniz olsun