OPEC+ ölkələri sazişi tam şəkildə yerinə yetirməyə razılaşıb

  • SpaceTV
  • 20 Oktyabr 2020 12:30

“OPEC+ ölkələri sazişin icrasını tam şəkildə yerinə yetirməyə davam etməklə bağlı razılığa gəliblər”.

Spacetv.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, OPEC+ Monitorinq Komitəsi nazirlərinin növbəti iclası noyabr ayında keçiriləcək. Həmin görüşdə oktyabr ayının nəticələrinə yekun vurulacaq və mövcud vəziyyət qiymətləndiriləcək.

A.Novak qeyd edib ki, sentyabrda neft hasilatının azaldılması ilə bağlı OPEC+ sazişi üzrə öhdəliklər 102% icra edilib. “Saziş şərtlərinin yüksək səviyyədə yerinə yetirilməsi xüsusilə ikinci rübdə tələbin əhəmiyyətli dərəcədə azaldığı zaman bazarın sabitləşməsinə müsbət təsir göstərib.

Xatırladaq ki, yenilənmiş OPEC+ sazişi mayın 1-də qüvvəyə minib. O, alyans ölkələri tərəfindən may-iyul aylarında neft hasilatında gündəlik 9,7 milyon barel azalmanı nəzərdə tutur. Rusiya və Səudiyyə Ərəbistanı, razılaşmaya əsasən, neft hasilatını bərabər hissələrlə – 11 milyon barel/gün baza səviyyəsindən gündəlik 2,5 milyon barel azaldıb. Razılaşma iki il qüvvədə olacaq, amma 2020-ci ilin avqustundan dekabr ayına qədər ittifaq daxilində ixtisar artıq gündəlik 7,7 milyon barelə, 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 milyon barelə düşəcək. Müqavilənin parametrləri 2021-ci ilin dekabrında yenidən nəzərdən keçirilə bilər.

Paylaş

 Xəbəriniz olsun