OPEC konfransının nəticələrinin gözləntiləri fonunda neft ucuzlaşır

  • SpaceTV
  • 30 Noyabr 2020 13:41

OPEC+ sazişi çərçivəsində neft hasilatına dair mövcud məhdudiyyətlərin müddətinin uzadılıb-uzadılmayacağına dair nazirlərin qərar verəcəyi OPEC konfransının nəticələrinin gözləntiləri fonunda bazar ertəsi etalon markalı neftlərin qiymətləri azalır.

Spacetv.az “İnterfaks”a istinadən xəbər verir ki, dekabrın 1-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlər konfransı keçiriləcək.

Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçersləri 47,6 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,58 dollar (1,2%) azdır. Cümə günü edilən ticarət nəticəsində bu fyuçerslər 0,38 ABŞ dolları (0,8%) bahalaşaraq bir barel üçün 48,18 ABŞ dollarına yüksəlmişdi.

Nyu York Ticarət Birjasındakı (NYMEX) elektron ticarətdə WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 44,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,62 ABŞ dolları (1,36%) azdır. Cümə günü bu müqavilələr 0,18 ABŞ dolları (% 0,8) həcmində dəyər itirərək bir barel üçün 45,53 ABŞ dollarına düşmüşdü.

Daha əvvəl də xəbər verildiyi kimi, OPEC+ ölkələrinin, ən azı sazişin razılaşma liderlərinin konsolidasiya edilmiş mövqeyi 2021-ci ilin yanvar ayından hasilatı artırmamaqdan ibarətdir. Baza variantı 2021-ci ilin birinci rübü üçün mövcud kvotaların saxlanılmasıdır. Amma bu rüb də daxil olmaqla, artımın hansı aydan və hansı həcmdə başlayacağına dair variantlar üzərində müzakirələr gedir.

Paylaş

 Xəbəriniz olsun