Online mualicə – VİDEO

  • SpaceTV
  • 30 İyul 2020 11:13

Səhiyyə Nazirliyinin yeni layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb.  

Koronavirus infeksiyasına yoluxan xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb.

Online qəbul üçün  “Doctor Online” tədbiqini cihaza  yükləmək lazımdır. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görüntülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.

Bu üsul vasitəsi ilə xəstənin şikayətinə əsasən online diaqnoz da qoyulur.

Muayinələrdən sonra xəstələr üçün  mualicə təyin edilir və sonra bu mualicəyə əsasən elektron resept  tərtib hazırlanır. Bu elektron resept pasiyentin mobil tətbiqinə göndərilir.  

Məlumat üçün bildirək ki, gün ərzində hər sahə həkimi iki və ya 3 pasiyentlə online şəkildə ünsiyyətdə olur. Onu da deyək ki, xəstələrin mualicəsində istifadə eilən dərmanlar onlara avtomobillər vasitəsi ilə çatdırılır.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun