“Online dərs” prosesi

  • SpaceTV
  • 29 Aprel 2020 12:10

Aynurə Osmanova da pandemiya dövründə şagirdlərinə “online” dərs keçən müəllimlərdəndir. Deyir ki, dərsi uzaqdan-uzağa virtual qaydada tədris etsə də, çalışır şagirdləri dərsdən geri qalmasın. O, 20 ildir ki,  tarix fənnini tədris edir. Dərsi “zoom” proqramı vasitəsilə reallaşdırır. Müəllim onlara tapşırıqlar verir, həmçinin  mövzular üzrə istiqamətləndirir.

Müəllim deyir ki, online dərs ənənəvi dərsi əvəz etməsə də, şagirdlərin  marağı heç də az deyil. Elə dərs boyunca biz də bunun şahidi olduq. Dərs təxminən 20-dən çox şagirdin iştirakı ilə keçirildi.

Şagirdlər də dərslərinə məsuliyyətlə yanaşır.Çünki dərs zamanı həm də valideynləri onları arxa planda izləyir.

Təhsil nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirdi ki, şagirdlərin dərslərində fasilə yaranmaması üçün edilən yeniliklərdən biri də virtual dərslərin keçirilməsi oldu. Bu dərslərdə interaktivliyin təmin olunması ilə bağlı qiymətləndirmə mexanizmi olmasa da …

Məhz bu çətin dövrdə  müəllimlərsevgisini, elmini, ədəbini, səbrini, sayğısını təmənnasız olaraq şagirdlərinə ötürür.  Bu, müəllimliyin şərəfli peşə olduğunu bir daha sübut edir. Bu proqramlar vasitəsilə müəllimlər şagirdlərinin dərslərində fasiləsizliyi təmin etsə də onlar  məktəbdə yenidən görüşəcəkləri günü səbrsizliklə gözləyirlər. 

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun