Onlayn alış-veriş, yoxsa onlayn oğurluq?!

  • SpaceTV
  • 22 Aprel 2020 11:40

Onlayn alış verişə tələbatın artması ilə internet dələduzların da sayı çoxalıb. Karantin rejimi ilə əlaqədar bir çox mağazalar onlayn satışa keçib. bu sistemi quran iri şirkətlər təhlükəsizlik tədbirlərini öncədən həyata keçirsə də,  onlayn satışa keçən mağazalarda bu nəzərə alınmayıb. Odur ki, vətəndaşlar onlayn alış veriş zamanı hər hansı fırıldaqçılıqla qarşılaşmamaq üçün bəzi qaydalara əməl etməlidirlər.

hazırda ən geniş yayılan internet fırıldağı fişinq üsuludur. Bu yolla,  Vətəndaşlara göndərilən spam mesajlar vasitəsilə həmin adamlara aid şəxsi məlumatlar oğurlanır.

ümumiyyətlə bu cür spam hücumlarla qarşılaşmamaq üçün ehtiyatlı olmaq lazımdır. Ilk növbədə məlumatlı olmadığınız  heç bir mənbədən daxil olan informasiyanı, linki  açmaq tövsiyə olunmur.

sonda qeyd edək ki, Onlayn dələduzluqla qarşılaşan vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə və ya sosial media hesablarına müraciət edə bilərlər.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun