Onların əmlakı siyahıya alındı

  • SpaceTV
  • 8 Oktyabr 2019 15:26

49 milyon 168 min 387 manat dəyərində vergi borcu ilə bağlı əmlak siyahıya alındı. Söhbət dövlət büdcəsinə yaranan vergi borcundan gedir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarədə qeydiyyatda olan 3 vergi ödəyicisinin büdcəyə olan borclarını hesablayıb. Çıxarılmış qərarlara uyğun olaraq, 2 vergi ödəyicisində 47 milyon 291 min 491 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Ümumilikdə 505 min 200 manat dəyərində əmlak siyahıya alınıb. Digər bir fiziki şəxsin isə, 1 milyon 876 min 896 manat borcuna görə əmlak siyahıya alınması aparılıb.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir. Vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək.

CƏFƏR TALIB SPACE TV

Paylaş

 Xəbəriniz olsun