Onlar fəlakəti belə xatırlayır

  • SpaceTV
  • 28 Yanvar 2020 16:19

3 gün öncə Türkiyənin  Elazığ  və  Malatiya  şəhərlərində  6.8 bal gücündə  baş vermiş zəlzələdə, bu şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrdən xəsarət alan olmasada zələzələdən sonra   prezident İlham Əliyevin göstərişinə uyğun olaraq həmin tələbələrin fəlakət zonasından çıxarılaraq  Bakıya gətirilməsi tapşırıldı

Günel Binnətli,Əbülfət  Məhərrəmov və Şahin Hüseynov Elazığ şəhərində yerləşən Firat univeristetində təhsil alan 252 azərbaycanlı tələbədən 3-dür.İnsan itgisi və güclü dağıntılarla yaddan qalan zəlzələ anını onlar belə xatırlayırlar.

Zəlzələdən sonra  şəhərin tamamilə dağıntılara məruz qaldığını deyən Əbülbət Məhərrəmov həmin an digər tələbə yoldaşının xəstəxanada əməliyyat olunduğunu bildirir.Zəlzələnin şoundan ayılmayan həmin tələbələrdən artıq bir neçəsi təhsil aldıqları univeristetə geri dönmək istəmədiklərini və bununla bağlı mümkün olduğu təqdirdə Azərbaycan univeristettlərində təhsillərini davam etdirmək üçün Təhsil Nazirliyinə müraciət edəcəklər.

Artıq bu gün Elazığ və Malatiya şəhərlərində qalan digər tələbələrdə Azərbaycana yola düşüb

Türkiyənin fəalakət və Fövqəladə vəziyyətin idarə edilməsi orqanı tərəfindən verilən məlumata görə  zəlzələ zamanı 76 bina dağılıb,642 binaya ciddi 425 binaya isə az və orta dərəcədə ziyan dəyib.Onuda qeyd edək ki,artıq Türkiyədə baş vermiş zəlzələ zamanı ölənlərin sayı 40-a çatıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun