OnePlus 8 smartfonu təqdim ediləcək

  • Space TV
  • 3 Mart 2020 16:32


Hələ bir neçə müddət bundan öncə internetdə məlumatlar gəzirdi ki, OnePlus şirkəti OnePlus 8 smartfon seriyasını bu il daha tez təqdim edəcək.

SPACE TV  xəbər verir ki, “OnePlus” şirkətinin planları ilə yaxından əlaqəsi olan mənbə bildirib ki, şirkət “OnePlus 8” smartfon seriyasını aprel ayında təqdim edəcək. Güman olunur ki. təqdimat tədbiri təqribi olaraq aprel ayının ikinci həftəsində baş tutacaq. Təbii ki, “OnePlus” bu məlumatı rəsmi olaraq təsdiqləməyib.

Lakin ortaya çıxmış yeni məlumat doğrudursa deməli şirkət yaxın zamanda “OnePlus 8”-in təqdimat tarixini elan edəcək.

Son məlumat sızıntılarına əsasən “OnePlus 8 ” və “OnePlus 8 Pro” modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekrana, Snapdragon 865 prosessoruna və sürətli şarj texnologiyasına sahib olacaqlar. OnePlus 8″ modeli üçlü arxa kamera, Pro modeli isə dördlü arxa kamera ilə təchiz olunmalıdır.

Şirkət hal hazırda həmçinin daha sadələşdirilmiş “OnePlus 8 Lite” modeli üzərində də çalışır. Lakin onun adi modellər ilə birlikdə təqdim olunub-olunmayacağı bilinmir.

Paylaş

 Xəbəriniz olsun