On minlərlə insan virusun yarandığı Vuhan şəhərini tərk edir

  • SpaceTV
  • 9 Aprel 2020 16:58

Koronavirusun meydana gəldiyi Çinin Vuhan şəhərindən 76 gün davam edən karantin bitdikdən sonra minlərlə insan gedib.

SPACE TV bildirir ki, 11 milyon sakini olan Vuhan şəhərində bu səbəbdən avtobus və qatar stansiyalarında uzun növbələr yaranıb. Təxminən 55 min insanın tərk etdiyi şəhərdən daha 10 min insanın çıxacağı gözlənilir.

Qeyd edək ki yeni növ koronavirusn ötən ilin sonlarında Vuhanda vəhşi heyvan bazarında meydana gəlmişdi.

Paylaş

 Xəbəriniz olsun