On metr hündürlükdən yıxılan 3 yaşlı uşaqda heç bir travma aşkar olunmayıb

  • SpaceTV
  • 22 Oktyabr 2019 12:57

Hindistanın Tikamqarx şəhərində 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq, həmin ərazidən keçən velorikşanın içinə düşüb.

Bu barədə “Newsflare” məlumat yayıb.

Uşaq eyvanda oynayırmış. Tarazlığını itirən uşaq 10 metr hündürlükdən yıxılıb. Bir neçə saniyə sonra uşağın doğmaları gəlib onu evə aparıblar. Daha sonra azyaşlını xəstəxanada müayinədən keçirirlər. Maraqlıdır ki, həkimlər uşaqda heç bir travma aşkar etmirlər.

Təşəkkür əlaməti olaraq uşağın valideynləri velorikşanın sürücüsünə yeni geyim və şirniyyatlar alıblar.

Paylaş

 Xəbəriniz olsun