On ayda əhalinin gəlirləri artıb

  • Space TV
  • 23 Noyabr 2019 16:44

Yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz artaraq 46 milyard 705,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən SPACE TV-ə bildirilib ki, əhalinin hər nəfərinə orta hesabla 4719,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 886,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz çox vəsait qalıb.

Paylaş

 Xəbəriniz olsun