Ömürlük azadlıqdan məhrum edilmiş iki nəfər azadlığa buraxılıb – RƏSMİ

  • Space TV
  • 25 Yanvar 2021 12:15

“2020-ci ildə Ədliyyə Nazirliyində cəzaların icrası sahəsində ciddi işlər görülüb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, məhkumların qidalanması, onlarla görüşlər və digər məsələlərə nəzarət olunub:

“Koronavirus pandemiyası ilə əlaqədar daim fəaliyyət göstərən monitorinq qrupu yaradılıb.

Cəzaçəkmə müəssisələrinə baş çəkib və məhkumların qidalanması, sağlamlığı barədə mütəmadi məlumat alıblar”.

“Respublika ərazisində cinayət törədən şəxslərin bağışlanması və əfv imkanlarından geniş istifadə edilib. Bu günə qədər 8 149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb. COVID-19 ilə bağlı ölkə başçısının müvafiq qərarına əsasən, ötən il ərzində pandemiya dövrü ilə əlaqədar olaraq, yaşı 65 dən yuxarı olan məhkumlar, o cümlədən yardıma ehtiyacı olan 176 məhkum azadlığa buraxılıb. Onlardan iki nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib”.

Paylaş

 Xəbəriniz olsun