Ombudsmandan ermənilərin Azərbaycan hərbçisinin nəşini yandırmasına REAKSİYA

  • Space TV
  • 29 Dekabr 2020 17:09

Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin nəşinin erməni əsgərləri tərəfindən yandırılması ilə bağlı video yayılıb.

Ombudsman Səbinə Əliyeva “Twitter” hesabında həmin dəhşətli görüntüləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

O qeyd edib ki, videodan əsgərin sağ olub-olmamasını müəyyənləşdirmək çətindir:

“Bu qəddarlıq Ermənistanın Azərbaycana qarşı nifrətinin açıq sübutudur və hərbi cinayətdir”.

Ombudsman paylaşımına Avropa İnsan hüquqları üzrə müvəkkil Dunja Mijatoviçi, Beynəlxalq Qırmızı Xaç Komitəsini (ICRC) də işarələyib.

Paylaş

 Xəbəriniz olsun