Omanın yeni sultanı bəlli olub

  • SpaceTV
  • 11 Yanvar 2020 11:29

Omanın Mədəniyyət və Milli Dəyərlər naziri Haysam ben Tarek Əl Səid bu ölkənin yeni sultanı olub.

SPACE TV-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Watan Oman” qəzetinin “Twitter” səhifəsində bildirilib.

Məlumatda qeyd olunur ki, Haysam ben Tarek Əl Səidin artıq Oman Məclisi önündə andiçmə mərasimi olub. Lakin məlumat hələ ki, rəsmi şəkildə təsdiq edilməyib.

Oman konstitusiyasının 6-cı maddəsinə əsasən, ölkəni idarə edən ailə “taxt-tac boş qaldığı təqdirdə” 3 gün müddətində yeni varis seçməlidir. Əgər bu müddət ərzində razılıq əldə olunmazsa, Oman Məclisinin qarşısında keçmiş sultan tərəfindən varisin adı qeyd olunmuş zərf açılmalıdır.

Paylaş

 Xəbəriniz olsun