Ölümün bir addmlığından döndü – VİDEO

  • Space TV
  • 22 Avqust 2020 11:55

Paytaxtda binaların birində azyaşlı ölümün bir addımdan dönüb. Uşaq binanı su ilə təmin edən su matorları olan yerə yıxılıb.

Space TV-nin məlumatına görə, hadisə Abşeron Gənclər Şəhərciyində binalardan birinin həyətində baş verib. Uşaqlar həyətdə oynadığı zaman qəfildən onlardan biri dayaq məqsədilə yana çəkilərkən yıxılıb. Yıxıldığı yerdə binanı su ilə təmin edən su matorları yerləşir.

Hazırda uşaq paytaxtın xəstəxanalarından birindədir.Vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.  Hadisəyə qonşu Zamin Rzayev şahid olub.

Hadisə ilə bağlızərəçəkənin şikayətini binanın komendatına çatdırdıq. Müsahibə vermək istəməyən Oqtay Əzizov dedi ki, həmin yer artıq təmir olunub. Biz də çəkiliş apardığımız zaman bunun şahidi olduq. Uşağın müalicəsi ilə bağlı bütün xərcləri də özü ödəyəcəyini bildirdi.

Paylaş

 Xəbəriniz olsun