“Ölümcül mərhələyə qədəm qoyuruq” – Ağ Evdən XƏBƏRDARLIQ

  • Space TV
  • 3 Noyabr 2020 17:45

ABŞ-da Ağ Evin koordinatoru Debora Birks pandemiyanın yeni təhlükəli mərhələsi barədə xəbərdarlıq edib.

Spacetv.az “The Washington Post”a istinadən xəbər verir ki, Ağ Ev koronavirus hallarının artmasının test sayının çoxalması ilə əlaqəli olduğunu qəbul etmir və bu həftə gündə 100 mindən çox infeksiya hadisəsinin qeydə alınacağına inanır:

“Biz pandemiyanın ölüm səviyyəsinin artmasına səbəb olacaq ən ciddi və ölümcül mərhələsinə qədəm qoyuruq”.

O, eyni zamanda, Donald Trampın müxtəlif ştatlarda yüzlərlə tərəfdaşı ilə görüşündə insanların əksəriyyətinin maskasız olduğunu da dəstəkləmədiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun