Ölümə səbəb olan qəza

  • SpaceTV
  • 19 Sentyabr 2019 14:02

Goranboyda ölümə səbəb olan yol qəza hadisəsi baş verib. Yoldan çıxan minik maşını  əvvəklcə elektirik dirəyinə, daha sonra isə qaz borusuna dəyib və zərbənin gücündən aşıb. Nəticədə 1 qadın dünyasını dəyişib.

Dəhşətli qəza Goranboy-Qızılhacılı yolunun rayonun Balakürd kəndindən keçən hissəsində baş verib. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan Günel adlı xanım xəstəxanaya aparılarkən yolda keçinib. 29 yaşlı Tural Abdullayev isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirib.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir. Sürücü idarəetməni itirdiyindən avtomabili yol kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpıb. Zərbənin gücündən qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən artıq abonentin qaz təminatı dayandırılıb. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev Şamo Adıgözəlov Space

Paylaş

 Xəbəriniz olsun