Ölümə aparan qidalar

  • SpaceTV
  • 8 Oktyabr 2019 15:59

Müasir dövrdə qida rasionumuzda  fast food  yeməkləri üstünlük təşkil edir. Fast-food restoranlarını bu gün paytaxtımızın hər yerində o cümlədən məktəblərdə, iş yerlərində, hava limanlarında, alış-veriş mərkəzlərində, xəstəxanalarda tapmaq mümkündür. Sənayeləşmə insanlarda kompüter və televiziya qarşısında oturaq  bir həyat təqdim edərkən, fast-food qidalar ayaqüstü bəslənmə vərdişini qazandırıb. Fast-food qidalar tez hazırlandığı üçün onların mineral və vitamin tərkibi çox aşağıdır. Bu qidalar A vitamini, C vitamini və kalsium cəhətdən qeyri-kafidir. Fast-food qidalar uşaqlarda və gənclərdə köklük, şəkər xəstəliyi, sümük əriməsi və s.  kimi sağlamlıq problemlərinə yol açır.

Qeyd edək ki,  fast food qidaların hazırlanması zamanı antimikrobiyal maddələrdən, rəngləndiricilərdən,  dadlandırıclardan, və s. qatqı maddələrindən istifadə edildiyi üçün bu qidalar insan orqanizmində  ciddi fəsadlara yol açır. Ancaq hamı fast-foodun sağlamlığa zərər etdiyini bilsə də, bu yeməklərdən imtina etmir. Zərərli qidalardan uzaq durun ki, gələcəyiniz təhlükə altında qalmasın.

NƏRMİN MƏMMƏDLİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun