“Ölkəyə bal idxalına məhdudiyyət qoyulmalıdır”- VİDEO

  • Space TV
  • 1 Sentyabr 2020 13:08

Pandemiya   bir çox  sahələrdə olduğu kimi, yerli balın satışına da  kifayət  qədər  ziyan  vurub.  Space TV xəbər verir ki, Azərbaycanda balın istehsalında artım  müşahidə olunur. Amma arıçılar  balın  satışında  problemlərin  yaşandığını deyirlər. Arıçılar Assosiasiyasının  sədri  Bədrəddin Həsrətov bildirib  ki, Azərbaycanda arıçılığı qorumaq və inkişaf etdirmək üçün ölkəyə bal idxalına məhdudiyyət qoyulmalıdır.

Asossiyasiya  sədri həmçinin bu il bal  yarmarkalarının  açılmasının     sual  altında  olduğunu bildirib.

Qeyd edək ki, bu il paytaxtda növbəti bal yarmarkasının keçirilməsi sentyabr ayının sonuna nəzərdə tutulub.

 Elvira Səfərli, İsa  İsmayılov, Space TV

Paylaş

 Xəbəriniz olsun