Ölkənin ən böyük su anbarlarından biri

  • Space TV
  • 28 Dekabr 2019 10:18

Cəyirli kənd ərazisində vaxtı ilə Qafqazın ən iri taxılçılıq sovxozu olub.Bu gün də Şəki Respublikanın ən iri taxılçılıq rayonudur.80-ci illərin ortalarında burada su bəndi salınsa da,layihə uğursuz alınıb və bənd su saxlamayıb.Anbarda aparılan təmir-bərpa işləri nəticəsində Şəki rayonunun Şəki kənd, Cəyirli və Aran kəndlərinin 3000 hektar əkin sahələrinin su ilə təminatı yaxşılaşacaq.Bunun üçün ən müasir müayinə qurğulardan istifadə olunur.Cəyirli su anbarında hidrotexniki qurğularda plana uyğun olaraq təmir işləri artıq başa çatıb.

Cəyirli su anbarı Əlicançay hesabına doldurulacaq.Uzunluğu 98 km olan Əlicançay Kürün sol qoludur,Oğuz, Şəki və Yevlax rayonlarından, Mingəçevir ərazisindən axır. Cəyirli su anbarı tam istifadəyə verildikdən sonra ,3000 hektar taxıl zəmilərində məhsuldarlıq 15-20 sentnerdən 30-35 sentnerə qədər yüksələcək.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun