Ölkəmzin hava-iqlim şəraiti əksər kənd təsərrüfatı bitkilərinin becərilməsinə imkan verir

  • Space TV
  • 21 Aprel 2020 13:35

Dünya üzrə  çiyələk ixracına görə  ilk 3-lükdə İspaniya, ABŞ və Meksika qərarlaşıb. İspaniya təkcə  bir il ərzində bu sahədən 700 milyon dollara yaxın gəlir əldə edir. Bu ölkələrin hər birinin bu sahədəki nailiyyətləri düzgün becərmə texnalogiyasına əsaslanır.Kənd təsərrüfatı bitkiləri sırasında çiyələkçilik rentabelli sahələrdən hesab olundğu üçün ölkəmizdə də buna maraq xeyli çoxdur. Yerli fermerlər orta hesabla bir hektarlıq sahədən 11-12 ton məhsul əldə edirlər. Mütəxəsislər bildirilər ki, İspaniya və  ABŞ-dakı kimi aqrar -elmi yanaşmanın tətbiqi ilə ölkəmizdə bu götəricini daha da artırmaq olar.

Çiyələk düzgün becərilərsə, onda  müəyyn maddələr,  xüsusi ilə də nitrat və natrit norma daxilində olur. Məhz əksər idxalçı Avropa Ölkələri istehsalçılar qarşısında bu kriteriyaları  əsas şərt kimi qoyur.Məhsulun müvafiq qabaşdırma standrtları isə bundan sonrakı prosesdir. Artıq yerli fermerlər də bunun fərqindədirlər: daha  çox qazanmaq üçün daha keyfiyyətli məhsul istehsal etmək zəruridir. Çoxlu sayda olmasa da bölgərdə artıq dünya bazarına çıxa biləcək səviyyədə məhsul istehsal  edən fermerlər formalaşmaqadır.Hətta Cənub bölgəsində çiyələyin uzun məsafələrə daşınması üçün şoklama anbarlarının da sayı ilbəil çoxalır.

Təsərrfatını ixrac üzərində qurmaq istəyən Cəlilabadlı fermerlər tarlalarında İspaniya və Amerikadan  gətirilmiş dözümlü çiyələk sortları becərməyə üstünlük verirlər.Özünüəməxsus dadı ilə seçilən yerli məhsul son illərdə Ərəb ölkələrinin marağını daha çox cəlb etməyə başlayıb.

 Koronavirus pandemiyasına görə  ixracın növbəti aydan başlanması  nəzərdə tutulb.Hələ ki, yığılan məhsulun daxili bazararda 1 kq-ı 2 manata satılır.Orta hesabla sahələrdən bu mövsüm 15-16 min ton məhsul əldə olunacağı pranozlaşdırlır. Ümumilikdə isə bu mövsüm  Cəlilabad rayonu üzrə 1400 hektar çiyələk əkilib ki,  bu da ötən illə müqayisədə 300 hektar çoxdur.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun