Ölkəmizi tanıyaq

  • SpaceTV
  • 18 Noyabr 2019 15:56

Salyan rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Ölkəmiz tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüb. Aksiyadan öncə rayon icra hakimiyyətində məktəblilərlə görüş keçirilib.  Görüşdə artıq ənənəyə çevrilən tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışılıb. Yola salma mərasimi zamanı tur-aksiyanın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Səfər iştirakçıları şən musiqi sədaları altında rəqs ediblər. Sonra Salyan rayon ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri üçün ayrılmış avtobus Şəki-Qəbələ-Zqatala marşrutu üzrə yola düşüblər. Qeyd edək ki, tur-aksiyada iştirak edən rayonun 40 nəfər şagirdi 4 gün sözügedən bölgələrdə ekskursiyada olacaqlar.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun