Ölkəmizdəki əcnəbilər karantin rejiminə necə əməl edir ?

  • Space TV
  • 17 Aprel 2020 17:19

Koronavirusla mübarizə cərcivəsində Azəraycanda çox mühüm və təxirəsalınmaz işlər görülüb və görülməkdədir. Müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərməklə virusun daha geniş areala yayılmasının qarşısını almağa çalışır. Vətəndaşlardan sadəcə karantin rejimi ilə əlaqədar qəbul edilən qərarlara riayət etmək tələb olunur ki, buna da əməl etmək məncə elə də çətin deyil. Bu fikirlə qəhrəmanımız polşalı Stanislava Leonovic də razıdır. Sosial təcridin önəmini vurğulayan xanım Stanislava deyir ki, yalnız ehtiyac duyulduğu vaxt evdən çölə çıxır. Və bu zaman da karatin qaydalarına maksimum əməl edir.

Stanislava Leonovic deyir ki, evdə qaldığı dönəmdə asudə vaxtını səmərəli keçirmək üçün özünə məxsus proqram hazırlayıb. Onun sözlərinə görə, qan dövranı yaxşı işləsin deyə hər gün ən azı 15-20 dəqiqə idmanla məşğul olur. Bundan başqa…

 “Polşa-Azərbaycan mədəni əlaqələrin inkişafi” ictimai Birliyinin sədri olan Stanislava Leonovic qurumun işini də evdən idarə edir. Telefon və ya sosial şəbəkələr vasitəsi ilə təşkilatın üzvlərini karantin rejimi ilə bağlı məlumatlandırır və onların qayğıları ilə maraqlanır. Yardıma ehtiyacı olanlarla bağlı məlumatları müvafiq qurumlara göndərir.  

Qəhrəmanımızın dediklərindən də aydın olur ki, hökumətin müəyyən etdiyi karantin qaydalarına ölkə vətəndaşları ilə yanaşı Azərbaycanda yaşayan əcnəbi vətəndaşlar da əməl edir.Azərbaycanda olan xarici diplomatik nümayəndəliklərin işlərinə gəldikdə isə onlar da karantin qaydalarını rəhbər tutmaqla öz fəaliyyətlərini davam etdirirlər.

Bir sözlə hazırda Azərbaycan dövləti COVİD19-la mübarizədə zəruri olan tədbirləri vaxtında həyata keçirir. Bizə, yəni sıravi vətəndaşlara gəldikdə isə hələlik başlıca məqsəd varlığımız və gələcəyimiz naminə salamat olmağımızdır. Gözəgörünməz düşmənə yalnız birlikdə qalib gələ bilərik. Bunun üçün həmrəy olmalı və qaydalara əməl etməliyik. KARANTİN REJİMİNƏ RİAYƏT ETMƏKLƏ YAXINLARIMIZIN, XALQIMIZIN, DÖVLƏTİMİZİN VARLIĞINI QORUYAQ!

ALLAHVERDİ NADİROĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun