Ölkəmizdə koronavursdan sağalanların sayı artır.

  • SpaceTV
  • 16 Aprel 2020 14:23

Astara mərkəzi rayon xəstəxanasında növbədə olan həkim Sənan Rzayev  6 yaşlı oğlu Ağabəy Rzayev ilə görüşə bilməsə də, demək olar ki, hər gün telefonla danışır.

Azyaşlı uşaq  atasının xəstələrə şəfa bəxş etdiyi üçün evdə olmadığını az da olsa dərk edir. Elə ona görə də uşaq fanaziyasıilə şəkildə çəkdiyi  “Sehirli çiçəy”in xəstəliyin dərmanı olacağına da inanır. Bu inam ilə də o tezliklə atasına qovuşmaq istəyir.

Vəfa Rzayeva deyir ki, həyat yoldaşı əvvəllər Xəstəxanada bir günlük növbədə olduğu üçün övadları onun  növbəti gün evə gələcəyini səbirsiliklə gözləyirdilər.Amma tədricən günlərin  gözləntilərlə keçməsi uşaqları da mövcud vəziyyətlə barışmağa məcbur edib.

Ailə sosial təcridlə özlərinə və  həkimlərə yardım etməyin məsuliyyətini dərk edir. bu sözləri hər gün öz ailələrindəki  həkimin dilindən eşitdikləri kimi.

Şakir Məmmədov-həkimin qayınatası….bütün həkimlərə öz təşəkkürümü bildirirəm.

Ümid edək ki, 100-lərlə  Ağabəy kimi uşaqlar möcüzəvi səhərin açılması ilə atalarına, xəstələr isə ailəsinə qovuşacaq.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun