Ölkəmizdə fəaliyyət göstərən sənaye nə nəqliyyat vasitələrinin havaya buraxdığı zəhərli tullantılar atmosferin çirklənməsinə səbəb olur

  • SpaceTV
  • 15 Aprel 2020 13:01

Ölkəmizdə fəaliyyət göstərənsənaye nə nəqliyyat vasitələrininhavaya buraxdığı zəhərli tullantılar atmosferin çirklənməsinə səbəb olur. Mövcud vəziyyətlə əlaqədar olaraq  xüsusi karantin rejimi elan olunduğuna görə respublika ərazində zavodların, fabriklərin, avtomobillərin fəaliyyətinə məhdudiyyətlər qoyulub. Bunun nəticəsində isə havaya atılan zərəli tullantıların miqdarı da azalıb.  Ekologiya və təbii sərvətlər nazirliyinin apardığı  monitorinqlər havanın xeyli təmizləndiyini ortaya çıxarıb.

Havanın çirklənməsində avtomobillərin payı olduqca yüksəkdür. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi  Vaqif Əsədov bildirdi ki, xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın küçə və prospektlərində nəqliyyatın istifadəsinin aşağı düşməsi ətraf mühitə öz müsbət təsirini göstərib.

Belə qənaətə gəlmək olar ki, havanın təmizliyi biz insanların əlindədir. Gəlin ağciyərlərimizi qidalandıran havanı çirklənmədən qoruyaq.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun