Ölkədə siyahıya alınma keçiriləcək

  • SpaceTV
  • 30 Sentyabr 2019 15:35

Abşeronda əhalinin siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbiri keçirilibib. 1 oktyabr tarixlərində Respublikada baş tutacaq əhalinin siyahıyaalınması ilə bağlı keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Statistika idarəsinin ,  siyahıyaalma məntəqələrinin nümayəndələri və ümumilkdə rayon ictimaiyyəti iştirak edib. Əvvəlcə siyahıyaalmanın vacibliyini və prosedurun özünü əks etditrən videoçarx izlənilib. Tədbirdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısının müavini İlham Quliyev Müstəqil Azərbaycanda ilk siyahıyaalmanın 1999-cu ildə keçirildiyini xatırladaraq  bildirib ki, əhalinin siyahıya alınması hər 10 ildən bir baş tutur və bu il artıq sayca üçüncü siyahıyaalma prosesidir.

Daha sonra rayon Statistika idarəsinin rəisi Təvəkkül Mirzəyev, və digər qonaqlar  çıxış edərək siyahıyaalmının ölkə üçün əhəmiyyətindən danışıblar. Bu istiqamətdə rayon ictimaiyyətinin üzərinə düşəcək vəzifələrin uğurla icra ediləcəyi qeyd onub.

Rəşad Vəkiloğlu Space

Paylaş

 Xəbəriniz olsun