Ölkədə narkotik cinayətlərində qorxunc artım

  • Space TV
  • 29 Avqust 2020 11:05

2020-ci ilin 6 ayı müddətində Daxili işlər Nazirliyi(DİN)  tərəfindən 1 ton 067 kq narkotik maddə götürülüb. Bu da 2019-cu ilin 6 ayı ərzində  götürülən  narkotik maddədən 256 kq 503 qr çoxdur.  Bu barədə Spacetv.az saytına DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2019-cu ilin 6 ayı ərzində 73 ton 892 kq 301 qr narkotik vasitə aşkarlanıbsa, 2020-ci ilin 6 ayında bu miqdar artaraq  90 ton 163 kq 710 qrama çatıb: “DİN tərəfindən narkotik vasitələrlə bağlı qeydiyyata alınan cinayətlərin sayı və götürülən  narkotik  vasitələrin miqdarı ötən ilə nisbətən daha böyük həcm təşkil edir. Ötən ilə nisbətən 2020-ci ilin ilk 6 ayı ərzində həm satışda, həm saxlamada, həm də əkində daha yüksək miqdar qeydə alınıb. Respublika ərazisində 2020-ci ilin 6 ayında narkotik vasitələrlə bağlı qeydiyyata alınan cinayətlərin sayı  2019-cu ilə nisbətən 17% artıb. Ümümilikdə ölkə ərazisində 2019-cu ilin 6 ayı ərzində 1 ton 528 kq 489 qr narkotik maddə aşkarlanıbsa 2020-ci ilin 6 ayında bu miqdar artaraq 2 ton 149 kq 088 qr-a çatıb.  2020-ci ildə ən çox  aşkarlanan  narkotik maddə heroin olub”.

Nazirliyin açıqlamsında həmçinin bildirilir ki, 2020-cu ilin 6 ayında narkotiklərin dövriyyəsi ilə bağlı 26 xarici vətəndaş saxlanılıb.  Onlardan  147 kq 243 qram narkotik vasitə, 13 kq 248 qr psixotrop maddə, 98 kq 28 qram çətənə kolu aşkarlanıb. Saxlanılanlardan 8-i İran, 7-si Gürcüstan,  9-u Rusiya, 2-si isə Qazaxıstan vətəndaşı olub.

Əbülfət Baxşəliyev, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun