Ölkədə mövcud vəziyyətlə əlaqədar spirtdən istifadə xeyli artıb – VİDEO

  • SpaceTV
  • 13 Aprel 2020 13:20

Ölkədə mövcud vəziyyətlə əlaqədarspirtdən istifadə xeyli artıb.Ancaq koronavirusla mübarizədə apteklərdə satılan  tibbi spirtdən yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Ancaq deyəsən ondan başqa məqsədlərlə istifadə edənlər də var. Belə ki, son günlər bir – birinin ardınca spirtdən zəhərlənmə xəbərləri gəlir. Dünən axşam saatlarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə iki qardaş gətirilib. Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb.Ümumilikdə isə 13 xəstə müraciət edib ki,onlardan da 9-si ölüb.

Zəhərlənmə özünü ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla göstərir. Toksikoloq Azər Maqsudov bildirdi ki, sağalan pasiyentlərdə əsasən görmə qabiliyyəti zəifləyir.

Apteklərdə satılan tibbi spirtləri daxilə qəbul etmək olmaz.

Həmçinin tibbi spirt məhlulunun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Biz də öz növbəmizdə vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırırıq.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun